2-12 dekabr 2022-ci il tarixlərində Kolumbiyanın Bogota şəhərində Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadası təşkil olunacaqdır.
Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadası təbiət elmləri (fizika, kimya, biologiya) üzrə yaşı 16-dan çox olmayan şagirdlər arasında keçirilən elm yarışıdır. Sözügedən olimpiadada ölkəmizi təmsil edəcək olan komanda seçmə imtahanının ikinci mərhələsi 23.10.2022-ci il tarixində saat 10:00-da Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseydə keçiriləcəkdir.
Seçmə imtahanına birinci turda uğur qazanan şagirdlər dəvət olunurlar.