image

Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadası təbiət elmləri (fizika, kimya, biologiya) üzrə yaşı 15-dən çox olmayan şagirdlər arasında həm fərdi, həm də komanda formatında təşkil olunub keçirilən elm yarışıdır. Artıq bir neçə ildir ki, Azərbaycan məktəbliləri bu yarışda ölkəmizi uğurla təmsil edirlər. Cari tədris ilində sözügedən olimpiada 02-12.12.2022-ci il tarixlərində Kolumbiya respublikasının Boqota şəhərində  keçiriləcəkdir. 23.10.2022-ci il tarixində keçirilən ikinci seçmə imtahanına birinci imtahanında uğurla çıxış edərək dərslərdə iştirak etmək haqqı qazanan şagirdlər dəvət edilmişdir. İmtahan nəticələrinə əsasən seçilən komanda üzvləri aşağıdakılardır:

Selcan Şəfizadə - Fizika, riyaziyyat və informatika təmayüllü lisey

Sadiq Manafov - Türkiyə Dəyanət Vəqfi, Bakı Türk Liseyi

Aydan Qəmbərova - Türkiyə Dəyanət Vəqfi, Bakı Türk Liseyi

Murad Xəlilzadə - Kimya, biologiya təmayüllü Respublika Liseyi

İbrahim Valehli - Kaspi Liseyi

Rəsul Ağakişiyev - Kimya, biologiya təmayüllü Respublika Liseyi

Düzgün cavablar və qiymətləndirmə meyarları

Fizika

Kimya

Biologiya