Azərbaycan Respublikası Təhsil İnstitutu və “Azercell Telekom” MMC 6-7-8-ci sinif şagirdlərini müsabiqəyə qatılmağa dəvət edir
Məktəblilərin rəqəmsal dünyaya, informatika elminə, kompüter mühəndisliyi və proqramlaşdırmaya olan marağının artırılması məqsədilə Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsi və İnformatika üzrə Milli Olimpiada komandasının məğrur tərəfdaşı “Azercell Telekom” MMC proqramlaşdırma üzrə “AZERCELL CUP” müsabiqəsi elan edir. Müvafiq sahələr üzrə məntiqi təfəkkürün inkişaf səviyyəsi, alqoritmik düşünmə qabiliyyəti və problem həlli bacarığı ilə fərqlənən şagirdlərin müəyyənləşdirilməsi üçün təşkil edilən bu müsabiqədə 6-7-8-ci sinif şagirdləri iştirak edə bilərlər. Müsabiqəyə qeydiyyat noyabr ayının 6-dan 13-dək davam edəcək, praktiki tur 16-17 noyabr, birinci tur isə virtual formada 19 noyabr tarixində keçiriləcək.