image

6-8-ci sinif şagirdləri üçün təşkil edilən Azercell Cup proqramlaşdırma müsabiqəsinə qeydiyyat prosesi yekunlaşmışdır. 1000-ə yaxın şagird müsabiqədə iştirak üçün müraciət etmişdir. 15.11.2022-ci il tarixində  həmin şagirdlərin sorğuda qeyd etdikləri email ünvanlarına video təlimat, istifadəçi adı və şifrə göndəriləcəkdir. Qeydiyyatdan keçənlərdən elektron ünvanlarında gələn e-maillər və spam qutusunu yoxlamaqları xahiş olunur. 16-17 noyabr 2022-ci il tarixində şagirdlərin sistemdən istifadə bacarıqlarının formalaşdırılması üçün məşq turu təşkil ediləcəkdir. Hər bir şagird ona göndərilən link vasitəsilə sistemə daxil olaraq təqdim edilən 2 məsələni həll etməklə əsas yarışa hazırlaşa bilər. Məsələlər Azərbaycan, rus və ingilis dillərində təqdim edilir. Sistemə daxil olunan vaxtdan etibarən 2 saat ərzində həll göndərmək mümkündür. Məşq turu əsas nəticəyə təsir etmir. Sadəcə yoxlama məqsədilə təşkil olunur. Hər hansı bir səbəbdən email ala bilməyən iştirakçıların  0702879748 whatsapp nömrəsinə müraciət etmələri xahiş olunur. Həmin müraciətlər üçün istifadəçi adları və şifrələr 18.11.2022-ci il tarixində axşam saatlarında göndəriləcəkdir. Əsas yarış isə 19.11.2022-ci il tarixində saat 10:00-18:00 arasında (hər hansı 2 saatda) təşkil ediləcəkdir. Yarış prosesində şagirdlər təqdim edilən alqoritmik məsələlərə C++ və ya Python proqramlaşdırma dillərinin hər hansı birində həll göndərməlidirlər. İştirakçılardan xahiş olunur ki,yarışa girməzdən əvvəl və yarış boyu sistemdəki "Sual-Cavab" hissəsindəki elanları oxusunlar.

Yarış mühitindən istifadə üçün təlimat