image

6-8-ci sinif şagirdləri arasında proqramlaşdırmaya və informatika olimpiadalarına olan marağın artırılması, informatika elmi üzrə bilik və bacarıqları yüksək şagirdlərin həvəsləndirilməsi məqsədilə təşkil olunan “Azercell Cup” müsabiqəsinin final turu 17 dekabr 2022-ci il tarixində keçiriləcəkdir. Final turda birinci mərhələnin nəticələrinə əsasən növbəti turda iştirak etmək hüququ qazanan 6-8-ci sinif şagirdləri dəvət olunurlar . Şagirdlər final tura gələrkən ümumtəhsil müəssisindən oxuduqları sinif qeyd edilməklə arayış gətirmələri xahiş olunur.

Müsabiqənin final mərhələsi 17.12.2022-ci il tarixində saat 12:00-da UNEC-in Nizami korpusunda  (Murtuza Mukhtarov 194) təşkil olunacaqdır.

Bütün iştirakçılara uğurlar arzu edirik!