17.12.2022-ci il tarixində UNEC - in 3-cü tədris korpusunda "Azercell Cup 2022" müsabiqəsinin final turu keçirilmişdir. Ümumilikdə 140 nəfərin iştirak etdiyi final 2 yaş qrupu üzrə təşkil edilmişdir. 3 saat davam edən müsabiqədə şagirdlərin nəticələri 6-7-ci siniflər və 8-ci siniflər ayrı-ayrılıqda dəyərləndirilmişdir. Müsabiqənin ümumi nəticələri ilə aşağıdakı keçid vasitəsiylə tanış ola bilərsiniz. Xüsusi rənglə işarələnmiş şagirdlər (bal sıralamasına uyğun olaraq) müvafiq medallar əldə etmişdirlər. Mükafatlandırma mərasimi və hazırlıq dərsləri haqqında məlumat şagirdlərə email vasitəsiylə veriləcəkdir. Qeyd olunan tədbirlərin 2023-cü ildə keçirilməsi planlaşdırılır.
