image

24-12-2022-ci il tarixində informatika fənni üzrə Respublika Fənn Olimpiadalarının rayon (şəhər) mərhələsi təşkil olunmuşdur. Hər bir sinif üçün olimpiadanın birinci turunun müddəti 2 saat təşkil etmiş və istifadəçilərə həll etmək üçün alqoritmik məsələlər təqdim olunmuş,  onlar tərəfində  C++ və Phyton proqramlaşdırma dillərində yazılan həllər qəbul olunmuşdur. Yarış müddətində istifadəçilər tərəfindən 8-ci siniflər üzrə 1916 həll, 9-cu siniflər üzrə 1745 həll, 10-cu siniflər üzrə 1722 həll, 11-ci siniflər üzrə 1508 həll olmaqla ümumilikdə 6891 həll təqdim olunmuşdur. Növbəti mərhələyə:

8-ci siniflər üzrə həll göndərib bal ala bilən;

9-10-11-ci siniflər üzrə isə ən azı bir məsələni tam həll edib və ya ümumilikdə 100 bal alan şagidlər dəvət olunurlar.

Növbəti mərhələdə iştirak etmək hüququ qazanan şagirdlərin adlı siyahısı aşağıdakı keçidlərdə verilmişdir.

8-ci sinif

9-cu sinif

10-cu sinif

11-ci sinif

İnformatika fənnində  RFO rayon (şəhər) mərhələsi haqqında olan müraciətlər 3 iş günü ərzində ARTİ tərəfindən qəbul edilir. RFO təşkilat komitəsi və münsiflər heyəti bütün iştirakçılara uğurlar arzulayır.