18, 19 fevral 2023-cü il tarixlərində RFO-nun informatika fənni üzrə yarımfinal turu keçirilib.
Bakı Ali Neft Məktəbinin müvafiq laboratoriyalarında təşkil olunan yarımfinal turda 8-ci sinif üzrə 185 nəfər, 9-cu sinif üzrə 161 nəfər, 10-сu sinif üzrə 99, 11-ci sinif üzrə 84 nəfər şagird iştirak etmək hüququ qazanmışdır. Nəticələrə əsasən hər iki yaş qrupu üzrə 60-cı yer və onunla eyni balı toplamış iştiraçılar final tura vəsiqə qazanmışdır.
Yarış ərzində aşağı yaş qrupu üzrə 4297, yuxarı yaş qrupu üzrə 2327 olmaqla, ümumilikdə 6624 həll təqdim olunmuş və avtomatik yarış sistemi vasitəsi ilə qiymətləndirilmişdir.
RFO “Kapital Bank”ın baş sponsorluğu ilə təşkil olunur.
Bütün iştirakçılara uğurlar arzulayırıq!