image

07-08 aprel 2018-ci il tarixlərdə keçirilən Respublika Fənn Olimpiadalarının Respublika mərhələsinin yarımfinal turunun nəticələri elan olundu. “Respublika Fənn Olimpiadalarının təşkili və keçirilməsi Qaydaları” na əsasən Respublika mərhələsinin final turuna müvafiq fənn və sinif üzrə ən yaxşı nəticə göstərən 20 şagird və siyahı üzrə 20-ci şəxslə eyni bal yığan şagirdlər dəvət olunurlar. Cografiya fənni üzrə 11-ci sinif şagirdlərinin nəticələrinin yüksək olması səbəbi ilə final turda daha çox şagird iştirak etmə hüququ əldə etmişdir. Nəticələri ilə narazı olan şagirdlər 20 aprel 2018-ci il tarixinədək müvafiq rayon (şəhər) təhsil şöbələrinə (idarələrinə) ərizə ilə müraciət edə bilərlər. Respublika Fənn Olimpiadalarının Respublika mərhələsinin final turunda iştirak hüququ qazanan şagirdlərin 23.04-27.04.2018-ci il tarixlərində www.olimpiada.edu.az  saytında qeydiyyatdan keçmələləri xahiş olunur.

Respublika Fənn Olimpiadalarının Respublika mərhələsinin final turu 4-6 may tarixlərində Bakı şəhərində keçiriləcəkdir.