21-29.07.2018-ci tarixində Portuqaliyanın Lissabon şəhərində 49-cu Beynəlxalq Fizika Olimpiadası təşkil olunacaqdır. 06-07.06.2018-ci il tarixlərdə ölkəmizi bu mötəbər yarışda təmsil edəcək şagirdləri müəyyənləşdirmək üçün Fizika-Riyaziyyat və İnformatika təmayüllü liseydə 2 seçmə imtahanı keçirilmişdir. Avropa fizika olimpiadasının nəticələri əsasında Beynəlxalq Fizika Olimpiadasında iştirak edəcək 2 şagird məlum olduğu üçün, digər 3 şagird bu seçmə imtahanlarının nəticələrə əsasən müəyyənləşmişdir. Aşağıda adları qeyd olunan şagirdlər Beynəlxalq Fizika Olimpiadasında ölkəmizi təmsil edəcəkdir. Olimpiada haqqında daha ərtaflı http://ipho2018.pt/
s/s | Ad | Soyad | Məktəb |
1 | Mehdi | Ağacanov | Fizika, riyaziyyat və informatika təmayüllü lisey |
2 | Məhəmmədcan | Məhəmmədcanov | İstək liseyi |
3 | Toğrul | Əzizli | Akademik Zərifə Əliyeva adına lisey |
4 | Abbas | Abbaslı | Akademik Zərifə Əliyeva adına lisey |
5 | Merac | Məmmədov | Cəlilabad şəhər 1 nömrəli məktəb-lisey |