image

Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadası təbiət elmləri (fizika, kimya, biologiya) üzrə yaşı 15-dən çox olmayan şagirdlər arasında həm fərdi, həm də komanda formatında təşkil olunub keçirilən elm yarışıdır. Artıq bir neçə ildir ki, Azərbaycan məktəbliləri bu yarışda ölkəmizi uğurla təmsil edirlər. 30.09.2018-ci il tarixində keçirilən ilk seçmə imtahanda 1000 dən çox şagird iştirak etmiş və onlardan ən yaxşı nəticə göstərənlər 35 nəfəri 06.10.2018-dən etibarən müntəzəm dərslərə, laboratoriya hazırlığına və xüsusi məşğələlərə cəlb olunacaqlar.

Qeyd edək ki, artıq 4 ildir ölkəmizdə Beynəlxalq olimpiadalara hazırlıq mərkəzləri fəaliyyət göstərir. Bu vaxta kimi məktəblilərimiz İJSO (Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadası) – da  37 medal qazanmışdırlar. Hazırlıq prosesinə cəlb olunacaq şagirdlərin adları xüsusi rənglə işarələnmişdir.

İmtahanın nəticələri