image

Azərbaycan məktəbliləri tədris ili ərzində müxtəlif fənlər üzrə 15-dən çox beynəlxalq olimpiadada müxtəlif yaş qruplarına uyğun olaraq ölkəmizi uğurla təmsil edirlər. Beynəlxalq olimpiada nailiyyətlərinin yüksəldilməsi istiqamətində görülən fəaliyyətlər arasında hazırlıq mərkəzlərinə qəbul olunan şagirdlərin seçimi ölkəmizin növbəti illərdəki olimpiada nəticələrini müəyyənləşdirən əsas amillərdən biridir. 2018-2019-cu tədris ilində yuxarı yaş qrupu üzrə hazırlıq prosesinə cəlb ediləcək şagirdlərin seçmə imtahanın nəticələri müvafiq fənlər üzrə hazırlıq komandalarına rəhbərlik edən professor və müəllimlər heyəti ilə müzakirə olunmuş, dərslərə cəlb ediləcək şagirdlər müəyyənləşdirilmişdir.

  • Seçilən şagirdlər xüsusi rənglə işarələnmişdir.
  • İnformatika fənnində 100 baldan yuxarı toplayan şagirdlər dərslərə dəvət olunacaqdırlar.
  • Dərslərin yeri və vaxtları barədə şagirdlərin təhsil aldıqları ümumi təhsil müəssisələrinə məlumat veriləcəkdir.

 

Seçmə imtahanlarının nəticələri