image

Elan

Təhsildə inkişaf və innovasiyalar üzrə II qrant müsabiqəsi çərçivəsində nəşr olunmuş kitabın təqdimatı keçiriləcəkdir.

Təqdimat 26.11.2017-ci il tarixdə saat 10:00 da Fizika, riyaziyyat və informatika təmayüllü liseydə keçiriləcəkdir.

İstedadlı uşaq və gənclərin daha keyfiyyətli hazırlığının təmin edilməsi, pedaqoji işçilərin müvafiq ədəbiyyatlara olan ehtiyacının ödənilməsi məqsədilə  müasir informatika olimpiadalarının istiqamətini, aktual hesab olunan və yarışlarda təqdim olunan məslələrin nümunələrini həm informatika müəllimlərimizə, həm də gələcək olimpada iştirakçılarımıza göstərmək və onların əvvəlcədən məqsədəuyğun hazırlıqlarını təmin etməkdir. Bunun üçün kitabda kifayət qədər həm həlli ilə, həm də müstəqil çalışmaq üçün məslələr verilmişdir. Hesab edirik ki, bu kitabla çalışan şagirdlərimizin uğurları mütəmadi xarakter alacaq və bir ənənəyə çevriləcəkdir. Layihənin nəticəsində şagirdlər yeni tipli sualların yer aldığı kitab əldə edəcəklər.

Bu kitabdakı sualları həll etməklə informatika fənni üzrə olan bilik və bacarıqlarını artıracaqlar. Bu suallar həmçinin şagirdlərin informatika fənninə olan marağını artıracaqdır.