image

Ölkəmizdə olimpiadalara hazırlıq istiqamətində bir çox məqsədyönlü layihələr həyata keçirilməkdədir. Təhsildə İnkişaf və İnnovasiyalar üzrə qrant müsabiqəsi çərçivəsində Bakı şəhəri 39 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Leyla Hacıyeva tərəfindən icra olunan layihə Riyaziyyat fənni üzrə olimpiadalara hazırlıq prosesində şagirdlərin qarşılaşdıqları ana dilində vəsait çatışmazlığı problemini aradan qaldırmaq istiqamətində atılan uğurlu addımlardandır. Professor Nazim Kərimovun tərcüməsi ilə ərsəyə gələn və bu günlərdə təqdimatı keçirilən vəsait riyaziyyat müəllimləri, şagirdlər və riyaziyyatsevərlər üçün nəzərdə tutulmuşdur.  Təqdimat Fizika riyaziyyat və informatika təmayüllü liseyin konfrans salonunda baş tutdu. Tədbiri çıxış sözü ilə açan Fizika Riyaziyyat və İnformatika təmayüllü liseyin direktoru Tariyel Talıbov olimpiada sahəsində görülən  işlərdən, məktəbin uğurlarından danışdı. Daha sonra çıxış edən qonaqlar layihənin əhəmiyyətindən və gələcək perspektivlərdən söz açdılar. Tədbirə dəvət olunan riyaziyyat müəlliməri və şagirdlər kitabı maraqla qarşladılar. Müəllif şagirdlərə gələcəkdə iştirak edəcəkləri digər elm yarışlarında uğurlar arzu etdilər. Layihə iştirakçıları öz təəssuratlarını bildirdilər. Tədbirin sonunda xatirə şəkli çəkdirildi.