16 fevral 2019-cu il tarixində "İdrak" liseyində istedadlı şagirdlərin aşkar edilməsi və onlarla məhsuldar işin qurulması məqsədi ilə riyaziyyat fənni üzrə olimpiada keçirilmişdir.
Azərbaycan, rus və ingilis bölməsində təhsil 100-ə yaxın alan V-X sinif şagirdləri arasında keçirilən olimpiadaya maraq olduqca böyük olmuşdur.
Şagirdlərə təqdim edilən tapşırıqlar əsasən ötən illərin Kenquru riyaziyyat müsabiqəsi suallarından ibarət olması istedadlı şagirdlərin seçimi ilə yanaşı lisey şagirdlərinin bu il aprel ayında təşkil olunancaq Beynəlxalq Kenquru riyaziyyat müsabiqəsinə bir növ hazırlıq funksiyasını da yerinə yetirmiş olacaqdır.
Ayrı-ayrı ümumi təhsil müsəssisələrində bu tip fəaliyyətlərin həyata keçirilməsi istedadlı şagirdlərin aşkar edilməsi və onların potensiallarının inkişaf etdirilməsi istiqamətində olduqca əhəmiyyətli olduğu düşünülür.
"İdrak" liseyinin rəhbərliyinə bu istiqamətdə görülən işlərdə müvvəfəqiyyətlər arzulayır, qalib olan şagirdləri də təbrik edirik.