image

"PURPLE COMET MATH MEET" olimpiadası dünyanın 60-dan çox ölkəsində keçirilir. Bu yarış ölkəmizdə ikinci dəfə təşkil olunur.

Qaydalara əsasən iki yaş qrupu üzrə keçirilən yarışda 6-9-cu siniflər aşağı yaş qrupu, 10-11-ci siniflər yuxarı yaş qrupu kateqoriyası üzrə yarışırlar. Komanda formatında keçirilən yarışda şagirdlər təqdim edilən 15 tapşırığa cavab verirlər.

    

     

2018 ci ildə keçirilən olimpiadada "Bakı Modern Təhsil Kompleksinin" ümumitəhsil müəssisəsinin komandası "FIRST PLACE of AZERBAIJAN" dərəcəsini qazanmışdır.
Seçim turunda uğur qazanan komandalar "PURPLE COMET MATH MEET" olimpiadasının final turunda iştirak edəcəklər.

Müsabiqə "Avropa Azərbaycan Məktəbi"  təhsil kompleksinin və ADA Universitetinin təşkilati dəstəyi ilə keçirilir.