05.05.2019-cu il tarixində saat 13:00-da Bakı şəhərində ADA universitetində informatika fənni üzrə RFO respublika mərhələsinin final turu təşkil olunacaqdır.
Final turunda, yarımfinal turunun nəticələrinə əsasən yüksək nəticə şagirdlər aşağı və yuxarı yaş qrupu olmaqla iki kateqoriyada olimpiadaya cəlb ediləcəkdirlər. Belə ki 9-cu sinif və xüsusi istedadı ilə seçilən 8-ci sinif şagirdləri aşağı yaş qrupu, 10-cu və 11-ci sinif şagirdləri isə yuxarı yaş qrupu olmaqla öz aralarında yarışacaqdırlar.
Olimpiadada müvafiq yaş qruplarına uyğun olaraq aşağı yaş qrupu üzrə 24, yuxarı yaş qrupu üzrə 31 nəfər şagird iştirak edəcəkdir.
Şagirdlərə təqdim olunan 5 məsələninin həllərini C++, Java və Phyton dillərinin hər hansı birində kodlaşdırılması tələb olunacaqdır. Müsabiqə və qiymətləndirmə IOI (Beynəlxalq İnformatika Olimpiadası) sisteminə uyğun həyata keçiriləcəkdir.
İştirakçılar yarış günündən bir gün öncəyə qədər http://31.171.108.103:8888/ linkindən istifadə edib yarış mühiti ilə tanış ola bilərlər. İstifadəçi adları və parollar şagirdlərin təhsil aldıqları ümumitəhsil müəssisəsinə göndərilmişdir.
RFO təşkilat komitəsi və münsiflər heyəti bütün iştirakçılara uğurlar arzulayır.
Respublika Fənn Olimpiadaları kapital bankın sponsorluğu ilə təşkil edilir.