image

Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadası (IJSO) təbiət elmləri (fizika, kimya, biologiya) üzrə yaşı 16-dan çox olmayan şagirdlər arasında həm fərdi, həm də komanda formatında təşkil olunub keçirilən elm müsabiqəsidir. Dünyanın 60-dan çox ölkəsindən iştirakçıların olduğu bu olimpiadada Azərbaycan məktəbliləri ölkəmizi uğurla təmsil edirlər.

Yeniyetmələrin XVI Beynəlxalq Elm olimpiadası (IJSO-2019) bu il dekabr ayında Qətər Respublikasında keçiriləcəkdir. IJSO-2019 -da ölkəmizi təmsil edəcək namizəd şagirdlərin seçmə imtahanı 08.09.2019-cu il tarixində saat 10:00-da Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzində (öncəki İstək liseyi binası - ünvan: Nərimanov rayonu, Fətəlixan Xoyski 109) keçiriləcəkdir. Seçmə imtahanında ötən tədris ilində Respublika fənn olimpiadalarının final mərhələsində fizika, kimya və ya biologiya fənni üzrə iştirak edən şagirdlər, eləcə də bu üç fənn üzrə kifayət qədər bilik və bacarığı ilə seçilən şagirdlərin iştirakı nəzərdə tutulmuşdur. Xatırladaq ki, sözügedən olimpiadada 31.12.2019-cu il tarixinə qədər yaşı 16  tamam olmayan şagirdlərin iştirakı mümkün olduğundan, yalnız bu yaş həddinə uyğun şagirdlər iştirak etməlidir. Seçmə imtahanında iştirak könüllüdür.     

Seçmə imtahanında hər bir şagirdə hər üç fəndən (fizika, kimya, biologiya) suallar təqdim olunacaqdır.

*Qeydiyyat yekunlaşmışdır

Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasının Sillabusu