image

Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadası (IJSO) təbiət elmləri (fizika, kimya, biologiya) üzrə yaşı 16-dan çox olmayan şagirdlər arasında həm fərdi, həm də komanda formatında təşkil olunub keçirilən elm müsabiqəsidir. Dünyanın 60-dan çox ölkəsindən iştirakçıların olduğu bu olimpiadada Azərbaycan məktəbliləri ölkəmizi uğurla təmsil edirlər. Artıq bir neçə ildir ki, Azərbaycan məktəbliləri bu yarışda ölkəmizi uğurla təmsil edirlər. 08.09.2019-ci il tarixində keçirilən ilk seçmə imtahanında 350-dən çox şagird iştirak etmiş və onlardan ən yaxşı nəticə göstərənlər 16.09.2019-dən etibarən müntəzəm dərslərə, laboratoriya hazırlığına və xüsusi məşğələlərə cəlb olunacaqlar.

Qeyd edək ki, artıq 4 ildir ölkəmizdə Beynəlxalq olimpiadalara hazırlıq mərkəzləri fəaliyyət göstərir. Bu vaxta kimi məktəblilərimiz İJSO (Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadası) – da  42 medal qazanmışdırlar. Hazırlıq prosesinə cəlb olunacaq şagirdlərin adları xüsusi rənglə işarələnmişdir.

IJSO 2019  hazırlıq dərslərinin cədvəli
Saat Bazar ertəsi Çərşənbə Cümə
15:00-15:45 Biologiya Fizika Kimya
15:45-15:55 Tənəffüs Tənəffüs Tənəffüs
15:55-16:40 Biologiya Fizika Kimya
16:40-16:50 Tənəffüs Tənəffüs Tənəffüs
16:50-17:35 Kimya Biologiya Fizika
17:35-17:45 Tənəffüs Tənəffüs Tənəffüs
17:45-18:30 Kimya Biologiya Fizika

 

Birinci seçmə imtahanın nəticələri