image

Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadası (IJSO) təbiət elmləri (fizika, kimya, biologiya) üzrə yaşı 16-dan çox olmayan şagirdlər arasında həm fərdi, həm də komanda formatında təşkil olunub keçirilən elm müsabiqəsidir. Bu il 16-cısı təşkil ediləcək müsabiqəyə Qətər Əmirliyi ev sahibliyi edəcəkdir. Ölkəmizi bu müsabiqədə təmsil edəcək komandanı müəyyənləşdirmək məqsədi ilə 19.10.2019-cu il tarixində ikinci seçmə imtahanı keçirildi. İmtahan prosesi 2 sessiyadan ibarət (test və açıq tipli tapşırıqlar) olmaqla 6 saat davam etdi. Yoxlama və koordinasiya prosesindən sonra komanda müəyyənləşdi.

Asiman Ziyəddinov Bakı Kimya-biologiya Təmayüllü Respublika Liseyi
Ayhan Süleymanzadə Bakı Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyi
Murad Bəşirov Sumqayıt Təbiət Elmləri Təmayüllü Gimnaziya
Rəfsan Həbibullayev Bakı Bakı Dövlət Universitetinin nəzdində Gənc İstedadlar Liseyi
Sədiyar Qafarov Bakı Kimya-biologiya Təmayüllü Respublika Liseyi
Xanım Yaqublu Bakı Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyi