image

FRİTL və KBTRL-nin regionlarda fəaliyyət göstərən siniflərində 18 oktyabr-Azərbaycan Respublikasının müstəqilliyinin 28 illiyi qeyd edilmişdir. Tədbirdə müəllim və şagird heyəti ilə yanaşı, valideynlər və rayon ictimaiyyətindən nümayəndələr də iştirak etmişlər. Tədbir boyu qonaqlar şagirdlər tərəfindən vətənpərvərlik mövzusunda ifa olunan şeir və mahnıları dinləmiş, rəqslərə tamaşa etmişlər. Milli müstəqillik gününə həsr olunmuş bir sıra sosial fəaliyyətlər, yarışlar keçirilmişdir. Keçirilmiş şahmat və dama turnirlərinin qalibləri mükafatlandırılmışdır.