Asiya Fizika Olimpiadası (APHO - Asian Physics Olympiad) ilk dəfə 2000-ci ildə Asia regionu ölkələrinin iştirakı ilə İndoneziyada keçirilmişdir.Olimpiadada hər ölkədən 2 rəhbərin başçılığında yaşı 20 dən çox olmayan 8 şagird iştirak edir. Bununla yanaşı hər ölkə müşahidəçilərlə də təmsil olunur. Olimpiadanın ümumi proqramı təqribən 8-9 günü əhatə edir. Hazırki prezidenti Prof. Leong Chuan Kwek-dir.

Asiya Fizika olimpiadasının proqramı təxminən aşağıdakı kimi olur:

İlk gün komandalar qarşılanır və iştirakçılar olimpiadanın keçiriləcəyi otelə və və universitetə yerləşdirilir. Növbəti gün olimpiadanın rəsmi açılış mərasimi təşkil edilir. Növbət 3 gün ərzində həm nəzəri həm də təcrübi olmaqla iki imtahan keçirirlir. Şagirdlərə 3 məsələdən ibarət nəzəri məsələləri həll etmək üçün 5 saat, 2 məsələdən ibarət təcrübi məsələləri həll etmək üçün 5 saat olmaqla ümumi 10 saat vaxt verilir. Məsələlərin tərtibi və qiymətləndirməsi Beynəlxalq Fizika Olimpiadası ilə demək olar ki eynidir. Belə ki, bu olimpiadada da nəzəri məsələlər cəmi 30, təcrübi məsələr 20 bal olmaqla cəmi 50 balla qiymətləndirilir. Bu olimpiadadakı məsələlər digər bütün beynəlxalq və regional fizika olimpiadalarından daha çətin olur. İmtahanlardan qabaq komanda rəhbərləri məsələləri müzakirə və tərcümə edirlər və məsələlər şagirdlərə öz ana dillərində və ya şagird istədiyi təqdirdə başqa bir dildə (inglis və ya rus) təqdim edilir. İmtahan olmayan günlərdə isə iştirakçılar üçün ekskursiyalar və ya elmi konferanslar təşkil olunur. İmtahanlar bitdikdən sonra komanda rəhbərləri koordinatorlarla bərabər şagirdlərin yazı işlərini yoxlayırlar.

Ümumi bala görə yarış iştirakçıların 10% -ə qədəri qızıl, 22%-ə qədəri qızıl və gümüş, 65% -ə qədər qızıl, gümüş və bürünc medallarla ,50% -ə qədər həvəsləndirici mükafatlarla mükafatlandırılır. Bundan əlavə ən yaxşı həllə görə, nəzəri və təcrübi imtahanlarda ən yüksək nəticəyə və s. göstəricilərə görə xüsusi mükafatlar verilir.

Azərbaycan komandası ilk dəfə 2005-ci ildən bu yarışlarda iştirak etmişdir. Daha sonra növbəti 3 olimpiadada da komandamız bu yarışlarda təmsil olunmuşdur. 2013-cü ildən komandamız yenidən yarışa qoşulmuşdur. Ümumilikdə komandamız iştirak etdiyi 6 olimpiadada 3 bürünc və 4 həvəsləndirici mükafata layiq görülmüşdür.