Beynəlxalq Fizika Olimpiadası (IPHO - International Physics Olympiad) ilk dəfə 1967-ci ildə Polşanın Varşava şəhərində keçirilmişdir. Olimpiadada hər ölkədən 2 rəhbərin başçılığı altında yaşı 20 dən çox olmayan 5 orta məktəb şagirdi iştirak edir. Bununla yanaşı hər ölkə müşahidəçilərlə də təmsil olunur. Hazırda olimpiadada 80 dən artıq ölkə iştirak edir və prezidenti Dr. Hans Jordensdir.

Olimpiada adətən iyul ayının ortalarında, hər dəfə fərqi bir ölkənin təşkillatçılağı altında keçirilir və ümumi 9-10 günü əhatə edir. Bu müddət ərzində şagirdlərin nəzəri və təcrübi biliklərinin qiymətləndirilməsi üçün hər biri 5 saat olmaqla iki imtahan keçirilir. İki imtahan arasında ən az 1 gün istirahət vaxtı verilir. Nəzəri məsələlər cəmi 30, təcrübi məsələr 20 bal olmaqla cəmi 50 balla qiymətləndirilir. Hər bir imtahandan qabaq komanda rəhbərləri və təşkilatçılar nəzəri məsələləri müzakirə etmək və öz dillərinə tərcümə etmək üçün toplaşırlar. İmtahanlar keçirilən günlər ərzində şagirdlərlə komanda rəhbərlərinin görüşməsinə qəti şəkildə icazə verilmir. İmtahan olmayan digər günlərdə komanda rəhbərləri, müşahidəçilər və şagirdlər üçün ekskursiyalar və ya elmi konferanslar təşkil olunur. İmtahanlar bitdikdən sonra komanda rəhbərləri koordinatorlarla bərabər şagirdlərin yazı işlərini yoxlayırlar.

Ümumi bala görə yarış iştirakçıların 8% -ə qədəri qızıl, 25%-ə qədəri qızıl və gümüş, 50% -ə qədər qızıl, gümüş və bürünc medallarla ,67% -ə qədər həvəsləndirici mükafatlarla mükafatlandırılır. Bundan əlavə ən yaxşı həllə görə, nəzəri və təcrübi imtahanlarda ən yüksək nəticəyə və s. göstəricilərə görə xüsusi mükafatlar verilir.

Azərbaycan komandası 1999-cu ildən bu yarışlarda iştirak edir. Komandamız ən yaxşı nəticəni 2002-ci ildə İndoneziyada əldə etmişdir. Burada 4 şagirdimizin 3-ü qızıl, 1-i gümüş medala layiq görülmüş və komanda hesabında 3-cü olmuşdur. Olimpiadadan qayıtdıqdan sonra şagirdləri və rəhbərləri qəbul edən umummilli lider mərhum Heydər Əliyev bu nailiyyəti əfsanəvi qələbə olaraq adlandırmışdır. Umumilikdə 1999-cu ildən etibarən Azərbaycan komandası 2009-ci ildə Meksikada keçirilən olimpiada istisna olmaqla hər il iştirak edir və müxtəlif nailiyyətlər əldə edir. Ümumilikdə komandamız keçən 17 il ərzində 5 qızıl, 8 gümüş, 16 bürünc olmaqla 29 medal və 12 həvəsləndirici mükafata layiq görülmüşdür.